Qeyd olunur ki, ölən əsgərlərin valideynlərinin bir çoxu artıq hökumətin təsiri altına düşərək baş nazirin oğlu Aşotun Qayane Hakopyan tərəfindən oğurlanmasına cəhd edildiyini bildirirlər və onlar Aşotu "qəhrəman" kimi təqdim edirlər. Bu qeyri-səmimi münasibətə valideyn Astğik Qaleyanın isə öz fikri var. O, bildirib ki, Aşotun üz-gözündən qorxaqlıq yağdığı halda onu qəhrəman kimi təqdim etmək müharibədə həlak olanların ruhuna hörmətsizlikdir.
O, daha sonra əlavə edir ki, Nikol Paşinyan R.T.Ərdoğanın qarşısında büzüşmüş xiyar toxumuna bənzəyir, öz soydaşlarının isə hüquqlarını pozur. "Amma deməyin ki, bu diplomatik gedişdir, belə də olmalıdır. Bağışlayın, sizin özünüzə hörmətiniz yoxdur", - deyə A.Qaleyan ölən əsgərlərin valideynlərini ədalətli mövqe nümayiş etdirməyə çağırıb.
N.Qaramanlı