11.03.2026, 19:36
AZ EN
11.03.2026, 17:53 6

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

ŞƏRQİ ZƏNGƏZUR
  • Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Elnurə Asif qızı Alyarova və Günay Pənah qızı Rüstəmova üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqram üzrə Elnurə Alyarova üçün poliqrafiya xidmətləri, Günay Rüstəmova üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub.

Hər iki proqram iştirakçısı doğma yurdlarına qayıtdıqlarına, habelə burada kiçik ailə bizneslərini qurduqlarına görə sevinc və qürur hisslərini bölüşüb, göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan aktiv məşğulluq proqramlarından biri də mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən özünüməşğulluq proqramıdır.

Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən artıq 759 nəfərə, o cümlədən Laçına köçürülən sakinlərdən 85 nəfərə həmin proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. (AZƏRTAC)

Oxşar xəbərlər