- "Hraparak" yazıb ki, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinin məntiqi belə deməyə əsas verir. Rusiyalı diplomat qadın deyib ki, Qərb ölkələri bölgədə yeni qarşıdurma yaratmaq üçün Ermənistanı alət kimi seçib. Avropa İttifaqı və ABŞ "bərabər oyun" nəticəsində Ermənistanı çıxılmaz vəziyyətə salacaqlar.
O əlavə edib ki, Vaşinqton və Brüssel həm Ermənistanla Rusiya arasında olan təhlükəsizlik, iqtisadi bağlantıları, həm də KTMT və Avroasiya mexanizmlərini məhv edəcək. Agentliyin əməkdaşı isə bu sözlərdə həqiqət olduğunu sətiraltı ifadələrlə diqqətə çatdırıb.
N.Qaramanlı