20.09.2024, 09:26
AZ EN
16.01.2024, 16:24 157

Baş kilsənin həyətində etiraz aksiyası olacaq

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü yayımında xəbər verilib ki, "Ermənistan arzusu" partiyası və "Vətən keşişçisi" sabiq hərbçi könüllülər birliyi aksiya keçirəcəkləri barədə birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, müqəddəs erməni kilsəsi uzun illərdir ki, Yeni illə bağlı arzu və istəklərini, dualarını həm də televiziyalar vasitəsi ilə xalqa çatdırıb. Amma iş o yerə çatıb ki, bütün ermənilərin katalikosunun bu ilki Yeni illə bağlı müraciətinin yayımlanması İctimai televiziyadakı rəhbərlər tərəfindən qadağan edilib. Onlara bu qeyri-dini və  milli davranış barədə etiraz bildirilsə də məsələ hələ də öz həllini tapmayıb. Bəyanatda daha sonra bildirilir ki, bütün bunları və dinə qarşı digər qeyri ənənəvi münasibətləri nəzərə almaqla hər iki təşkilat yanvarın 17-də saat 15:00-da Ana kilsəyə gələrək oradakılara dəstək nümayiş etdirəcək və müvafiq dövlət qurumlarına qarşı etiraz aksiyası keçirəcəklər. Agentlik əlavə edib ki, aksiyada minlərlə dindarın iştirakı gözlənilir.

Belə getsə, erməni dindarları ilə dövlət məmurları arasında əsl qarşıdurma yaranacaqdır.

Xatırladaq ki, yeni il ərəfəsində də kilsənin önündə yerli ermənilərlə Qarabağdan könüllü köçənlər arasında öncə mübahisə, sonra əlbəyaxa dava-dalaş olmuşdu və bu məsələyə polis də qarışmışdı.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR