09.06.2025, 12:58
AZ EN
06.02.2024, 09:54 318

Müxalif deputatlar aranı qatmağa çalışırlar

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın bu günkü məqaləsində Ermənistan parlamentinin "Hayastan" fraksiyasının sülh danışıqlarına maneə olmaq cəhdlərindən bəhs olunur.

Yazılıb ki, həmin fraksiyanın üzvləri Geğam Manukyan, Anna Qriqoryan, Kristinne Vartanyan və Artur Xaçatryan fevralın 2-də Ermənistan xarici işlər nazirliyinə gələrək Azərbaycanın yanvarın 4-də göndərdiyi təkliflər paketi, həmçinin ümumi danışıq prosesi ilə maraqlanıblar. Müəllif xatırladır ki, həmin deputatlar bu il yanvarın 4-də də sözügedən məsələ ilə bağlı XİN-ə müraciət etmişdilər. Müəllif əlavə edib ki, müxalif deputatlar sülh danışıqlarında Ermənistanın maraqlarına uyğun olmayan hallara görə narazılıq ifadə edirlər. Onlar danışıqların qeyri-müəyyən vaxtadək dayandırılmasını təklif etməklə isə reallıqdan uzaq olduqlarını nümayiş etdirirlər.

Xatırladaq ki, populist şüarlarla sülhə müqaviləsi imzalanmasına maneə olmaq istəyən bu fraksiya Xocalı soyqırımının təşkilatçılarından olan Robert Koçaryanın partiyasının üzvlərindən və tərəfdarlarından ibarətdir. Geğam Manukyan isə hazırda Bakıda istintaq təcridxanasında olan separatçı rejimin "özünümüdafiə ordusunun komandir müavini" David Manukyanın qardaşıdır.

N.Qaramanlı

Oxşar xəbərlər