19.09.2024, 05:41
AZ EN
24.05.2023, 13:11 345

Hakimiyyət "37-ci ilə" keçmək istəyir?

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü xəbərləri sırasında diqqət çəkən mövzulardan biri də baş nazir Nikol Paşinyanın son mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibətlərin daha da çoxalmasıdır.

"Paşinyan partiyadaşlarını müzakirə edir" başlıqlı məqalədə qeyd olunur ki, özünü demokratiyanın carçısı və icraçısı kimi təqdim edən Paşinyan öz partiya yoldaşları arasında "37-il" mühiti yaradır, onlara nədən və necə danışmağı təlqin edir.

Bunu isə ən tez dərk edən parlamentin sədri Alen Simonyandır. O bu günlərdə parlamentin iclasında deputatlara sətiraltı da olsa tapşırıb ki, jurnalistlərlə ünsiyyətdən yayınsınlar. Mümkün olmadıqda isə suallara təmkinlə və baş nazirin mövqeyinə uyğun cavab versinlər.

Xüsusilə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə Paşinyanın açıqlamasını şərh etməmək tövsiyə olunub. Bildirilib ki, bununla bağlı suallara məhz hüquqşünasların cavab verməsi daha münasibdir. Müxalif deputatlar parlamentdə sözügedən məsələyə münasibət bildirilməsi üçün təkliflə çıxış etsə də, spiker onları yerində oturtmağa nail olub",- deyə agentlik ölkədə 1937-ci ilin təkrarlanacağını istisna etmir.

N.Qaramanlı

Oxşar xəbərlər