14.03.2025, 12:52
AZ EN
10.02.2025, 18:00 135

Paşinyan Makrondan nə istəyir?

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hasmik Babacanyan baş nazir Nikol Paşinyanın Fransaya səfərinə həsr etdiyi ikinci yazısına qəribə başlıq qoyub.

"Mənim istədiyim bir öpüşdür, bir öpüşdür..." başlıqlı yazıda qeyd edib ki, dünyanın bir çox ölkələri, xüsusilə Fransa Ermənistana daim hörmətlə yanaşıb. Nikol baş nazir olandan sonra dövlətin deyil, özünün və komandasının mənafeyini güddüyünü görə bir çox ölkələr Ermənistanı ciddi qəbul etmədiyi halda Fransa yenə də Ermənistana dəstək verir. Amma Nikol bunu yox, özünə diqqət və qayğı istəyir, mahnıda deyildiyi kimi, yalnız bir öpüş istəyir. Makron isə onun zəif damarını tutub və öz əlində maşaya çevirib.

Müxbir yazısının sonunda baş naziri ölkəsi üçün işləməyə dəvət edib.

N.Qaramanlı

Oxşar xəbərlər