20.10.2024, 01:40
AZ EN
06.08.2024, 11:35 245

Peşəkarlıqdan diletantlığa sıçrayış

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına söylənilən müxtəlif fikirlər davam edir. "Hraparak" TV-nin müxbiri Hayka Aloyanın İrəvan sakinləri ilə söhbətində onun barəsində səslənən fikirlər öz məntiqinə görə birmənalı deyil. Bəziləri onu Qərbə üz tutduğuna görə dəstəklədiyini bildirsə də, hiyləgər olduğunu da vurğulayırlar.

Xankəndidən könüllü köçən Selvera Xaçaturyan isə deyib ki, Nikol Paşinyan  peşəkar jurnalist olmaqla həm də cəsarətli yazılar müəllifi idi. O, heç kimdən çəkinmədən reallığı əks etdirdiyinə görə digərlərindən öndə idi. Amma 2018-ci il inqilabından sonra aydın oldu ki, Nikol peşəkarlıqdan diletantlığa sıçrayış edib. O, dəfələrlə göstərib ki, siyasətdə naşıdır və bu proses davam edir.

Əlavə edək ki, politoloqların əksəriyyəti də bu fikirdədir.

N.Qaramanlı

Oxşar xəbərlər