Bunu açıqlamasında AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev deyib. O bildirib ki, iki cilddən ibarət ensiklopediya ümumilikdə 720-dən çox məqalədən, 4 milyondan artıq simvol və işarədən ibarətdir. Hər iki kitab 400 səhifədən ibarətdir və cildlərin sonunda fotoalbom yer alacaq. (AZƏRTAC)