Deyib ki, baş nazir elə şərait yaradıb ki, hakimiyyət xalqa mənsub deyil, əksinə xalq hakimiyyət üçündür. Azərbaycanda isə vəziyyət başqadır. "Xalq yüksək balla İlham Əliyevi yenidən prezident seçdi ki, növbəti qələbələrə imza atsın", - deyə o, Nikolun səriştəsizliyinə görə ölkənin böhran içində çabaladığını açıqlayıb. Sonra isə əlavə edib ki, Nikol və komandası konstitusiya və gerbinin dəyişdirilməsini də məhz Azərbaycanın tələbi ilə həyata keçirmək istəyir. Onun sözlərinə görə, təhsil nazirliyinə tapşırılıb ki, Azərbaycanla müharibədə gəbərmiş əsgərlərin, xüsusilə "arsax könüllüləri"nin məktəblərdəki xatirə guşələri yığışdırılsın.
Ermənistan parlamentinin AŞPA-dakı sabiq nümayəndələrindən olan Naira Zöhrabyanla tez-tez bölgələrə gedib adamlarlarla fikir mübadiləsi apardıqlarını da diqqətə çatdıran hüquq müdafiəçisi onu da deyib ki, adamlar Nikoldan sonra kimin baş nazir olacağı ilə çox maraqlıdır. Onlar Naira Zöhrabyana daha çox ümid bəsləyirlər deyən sabiq deputat bunun baş tutacağı təqdirdə uğura nail olunacağına əminlik ifadə edib.
N.Qaramanlı