23.04.2025, 19:49
AZ EN
23.04.2025, 13:50 215

Ermənistandakı rus kanallarını Türkiyə TV-ləri əvəzləyəcək

XƏBƏRLƏR
  • Ermənistan hökuməti ölkənin ictimai televiziya yayım sistemində ciddi islahatlara hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, yeni plana əsasən, ictimai multipleksdə yayımlanan Rusiya kanallarının sayı azaldılacaq, onların yerini isə Avropa və regional televiziya kanalları tutacaq.

Məlumata görə, multipleksdə yalnız bir Rusiya kanalı – “RTR Planeta” qalacaq. “Birinci kanal” və “Kultura” isə yayımdan çıxarılacaq. Əvəzində Fransa, Almaniya və Ukrayna da daxil olmaqla, bir sıra Avropa ölkələrinin telekanalları Ermənistanın ictimai yayım şəbəkəsinə əlavə ediləcək.

Qeyd olunur ki, son günlərdə türk mediasının nümayəndələrinin İrəvana səfər etməsi fonunda Türkiyənin dövlət televiziya kanalı “TRT Türk”ün də multipleksə daxil edilməsi məsələsi gündəmdədir. Hazırda Ermənistanda Rusiyanın Birinci Kanalı, RTR Planeta, Rusiya, Mədəniyyət və dövlətlərarası “Mir” telekanalı ictimai multipleks vasitəsilə yayımlanır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR