02.07.2025, 02:47
AZ EN
20.06.2023, 12:51 501

Paşinyan 44 günlük müharibədə Putinlə 60 dəfə danışıb

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin təfsilarları üzrə istintaq komissiyasının iclasında bir sıra məsələlər ətrafında maraqlı fikirlər səsləndirib.

O, deyib ki, üçtərəfli bəyanatı noyabrın 9-da gecə deyil, noyabrın 8-də səhər imzalayıb, sonra isə Şuşa azad edilib. Noyabrınn 8-9-da Rusiyanın prezidenti V.Putinlə 20 dəfə, 44 günlük müharibə vaxtı isə ümumiyyətlə onunla 60 dəfə telefonla danışıb.

Azərbaycanın üçtərəfli bəyanatı noyabrın 9-da imzalamasını isə o, belə izah edib: "Aydın oldu ki, Azərbaycan bir sıra yeni tələblər irəli sürüb. RF lideri mənə dedi ki, Azərbaycan  anklavların geri qaytarılması barədə tələblər irəli sürür...dedim ki, bəyanatın mətnində bu, yoxdur... Nəhayət, mürəkkəb, davamlı müzakirələrdən sonra hamıya məlum olan sənəd imzalandı".

Xəbəri "Hraparak"ın müxbiri Karen Martirosyanın yayıb.

N.Qaramanlı

Oxşar xəbərlər