21.11.2024, 18:25
AZ EN
01.02.2023, 13:44 219

Haylar indi çörəkpulu davasına başlayıblar

XƏBƏRLƏR

Bu gün demək olar ki, bütün erməni mətbuatı "Malatiya" ticarət mərkəzinin bağlanmasına münasibət bildirib və bu iş davam etdirilir. Günorta isə bununla bağlı aksiyayalara start verilib. "Bu nədir? Götürüb bağlayıblar, istəyirlər ki, işsiz qalaq? bu qədər adam gündəlik çörəkpuluna işləyirdi. Bağlamısan, yaxşı onda bu qədər adamı aparın, gündəlik çörəyini və başqa şeyləri verin. Deyirsən təhlükəsizlik məsələsidir, yaxşı onda təhlükəsizlik məsələsini nizama sal...

Sən də adamsan, bəlkə yuxarıdakılar da qanmır, ağılları o qədər də yaxşı deyil. Harda nə qədər qanmaz, qeyri peşəkar adam var aparıb hökumətə doldurublar. Yaxşı, bundan sonra adamlar hökumətə necə inansın, bel bağlasın. Hamımız da ayağa qalxıb inqilab etdik ki, köhnə talanlardan qurtulaq. Xalq Nikolun qara, gözəl gözünü ha sevmirdi ki, onu seçsin. Onu seçdi ki, sabitlikdən azad olsun. Nikol bizə ya çörəkpulu yeri versin, ya da onlar kimi hökumətdən getsin", - deyən iş yerini itirmiş ticarətçi "Hraparak"ın müxbiri Karen Martirosyana xahiş edib ki, onun dediklərini yaysın.

Nəsib

Oxşar xəbərlər