Bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Ermənistanın baş naziri Nikol Paşinyanın “Sülh qovşağı” konfransından öncə səsləndirdiyi Zəngəzur dəhlizindən keçən yola nəzarəti ancaq Ermənistan tərəfi həyata keçirə bilər. Bu yaxınlarda isə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdən sonra fikrini dəyişərək nəqliyyat yoluna nəzarət Rusiyanın Federal Təhlükısizlik Xidmətinə verilə bilər, sözlərini şərh edərkən deyib. Qeyd edib ki, Paşinyanın sonuncu açıqlaması onu deməyə əsas verir ki, o, Zəngəzur dəhlizi məsələsində geri addım atmaq qərarına gəlib.
İ.Korotçenko daha sonra əlavə edib: “Son illər ərzində Nikol Paşinyan dəfələrlə açıq şəkildə bəyan edib ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında Zəngəzur nəqliyyat dəhlizinin açılmasıyla bağlı üzərinə götürdüyü öhdəlikləri, yəni bu dəhlizə yüklərin daşınmasına nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən həyata keçirilməsi ilə bağlı razılığı yerinə yetirməyəcək. Razılaşmaya əsasən sözügedən dəhlizdə nə Ermənistan hakimiyyəti, nə sərhədçilər, nə də gömrükçülər olmalıdır. N.Paşinyanın isə sonuncu açıqlamasından belə görünür ki, o, əvvəlki mövqeyindən geri çəkilib. Amma onun dediklərini ciddi qəbul edib Ermənistanın Üçtərəfli bəynatdan irəli gələn öhdəliklərini yerinə yetirəcəyinə ümid bağlamaq olmaz. Çünki Ermənistan Zəngəzur dəhlizini açmaq niyyətində deyil. Onun yerinə İrəvanın hazırkı tərəfdaşları olan amerikalıların və fransızların təsdiqlədiyi “dünyanın kəsişməsi konsepsiyasını”təklif edir”.
Tahirə AĞAMİRZƏ