17.04.2026, 02:58
AZ EN
16.04.2026, 22:05 118

Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək

XƏBƏRLƏR
  • Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu yaxın zamanda Ermənistana səfər edəcək.

Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rumıniyalı həmkarı ilə telefon danışığının yekunlarına dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

"Rumıniyalı həmkarımla telefon danışığında biz Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri, eləcə də ikitərəfli gündəliyimizin genişləndirilməsini müzakirə etdik. Hər ikimiz iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Yaxın zamanda sizi İrəvanda salamlamaq imkanını səbirsizliklə gözləyirəm", - Mirzoyan paylaşımında bildirib. (Report)

Oxşar xəbərlər