Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bir vaxtlar qeyri-sabit hesab edilən Cənubi Qafqaz bu gün daha proqnozlaşdırılan məkan kimi formalaşır və bu, effektiv suverenliyin nəticəsidir.
Papuaşvili vurğulayıb ki, Gürcüstan parlamenti də bu istiqamətdə konkret addımlar ataraq şəffaflığı artırıb, qanunvericiliyi təkmilləşdirib və siyasi hakimiyyətin xalqa məxsus olmasını təmin etməyə çalışıb.
"Sülh heç vaxt təmin olunmuş vəziyyət deyil, bu, daim qorunmalı olan məsuliyyətdir. Sülh ayıqlıq, təmkin və uzunmüddətli baxış tələb edir", – o qeyd edib.
Spiker əlavə edib ki, müasir dövrdə xarici müdaxilə və hibrid müharibə demokratiya və suverenlik üçün əsas təhdidlərdəndir və bu çağırışlara qarşı beynəlxalq səviyyədə vahid hüquqi mexanizmlər formalaşdırılmalıdır. (Report)