Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasında bildirib.
"İstanbulda 152-ci assambleyanın sessiyasında "Sülhü təmin edərək və gələcək nəsillər üçün ədalətə zəmanət verərək" mövzusunda çıxış etdim. 2025-ci il razılaşmasından sonra Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb", - Ermənistan parlamentinin spikeri "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülhün möhkəmləndirilməsinə, dialoqun irəliləməsinə və onun real imkanlara çevrilməsinə sadiqdir.
"Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil edəcəyi bir gələcək qurmağa hazırıq", - Simonyan yekunlaşdırıb. (Report)