08.06.2025, 20:08
AZ EN
26.10.2023, 15:33 319

Overçuk: Zəngəzur dəhlizi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir

XƏBƏRLƏR
  • “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində Zəngəzur məntəqəsi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Ermənistandan yan keçməklə İran vasitəsi ilə Naxçıvana, Türkiyə ilə sərhədə yolun çəkilməsi variantı Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir.

"Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km, İran ərazisindən isə təxminən 50 km olacağı qiymətləndirilib. Bütün fərq budur: iki körpü və 8 km”, deyə Rusiya Baş nazirinin müavini vurğulayıb. (APA)

Oxşar xəbərlər