20.04.2024, 04:42
AZ EN
03.05.2023, 14:42 252

Elnur Allahverdiyev: ”Azərbaycanı sevməyən ölkələr heç bir şey edə bilməyəcəklər və öz çirkin əməllərinə də nail ola bilməzlər”

XƏBƏRLƏR
  • Ermənistan və havadarlarının Azərbaycanın öz ərazisində Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi ətrafında saldğı hay-küyə baxmayaraq,  ABŞ xarici işlər nazirlərini danışıqlar masasına dəvət edib və məntəqənin yaradılması məsələsi gündəlikdə yoxdur. Bu, Qərbin Azərbaycanın suveren hüquqlarına hörmət etdiyini göstərir, bu nəticəyə isə Azərbaycan özü nail olub.

Millət vəkili Elnur Allahverdiyev məsələ ilə bağlı “Real” TV-yə açıqlamasında bildirib ki, sərhəddə quraşdırılan buraxılış-keçid məntəqəsinə baxmayaraq, Azərbaycanın suverenliyini tanıyan Amerika yenə də xarici işlər nazirlərini danışıqlar masasına dəvət edir. Bu onu göstərir ki, okeanın o tayında da, Qərbdə də artıq bizim qonşularımız da bu sülhü istəyirlər və bu istək var. Bu istəyi isə biz qazanmışıq, Azərbaycan Prezidenti qazanıb, Azərbaycan dövləti qazanıb. Artıq bildilər ki, bunun başqa yolu yoxdur. Sevinərək demək istəyirəm ki, bugünkü Azərbaycan artıq bunlar gördüyü Azərbaycan deyil. Azərbaycan bu gün Aropanın on ölkəsinə enerji daşıyıcısıdır. Ümumiyyətlə,  enerji dünyasında hal-hazırda liderlik səviyyəsindədir. Bu gün Azərbaycanın hər hansı bir mövqeyi yoxdur. Azərbaycan sadəcə öz sərhədlərini qorumaq istəyir ki, bu onun suveren hüququdur. Azərbaycan sülh istəyir və bu da təbii ki, Azərbaycanın nə qədər böyük olmasının reallığıdır. Çünki biz heç bir tarixi unutmamışıq, heç bir şəhidlər unudulmayıb. Amma Azərbaycan sülhə doğru getməlidir.  Çünki dünyaya sülh lazımdır”.

Elnur Allahverdiyev daha sonra bildirib ki, Fransanın xarici işlər naziri Katrin Kolonanın Bakıda və İrəvanda verdiyi ziddiyyətli bəyanatlar heç nəyi dəyişə bilməz: “Fransanın xarici işlər nazirinin bu cür qeyri-ciddi və ikili siyasət aparması bizim üçün heç də yenilik deyil. Biz onun çıxışlarına diqqətlə qulaq asdıq, baxdıq. Təbii ki, onun burda verdiyi vədlər, siyasi yanaşması, sonradan Ermənistanda  xüsusən İrəvan şəhərində, yenə təkrarlayıram, qeyri-ciddi, tərs bir cavablarla, tamamilə burdakı çıxışının əksinə olan  çıxışları ilə məşhurlaşdı. Bununla bağlı Ermənistanda erməni xalqı ilə bərabər həmin onun  “Erablur”a getməyi, orada ağlamağı və s. bütün bunlar artıq onların iki bacı dövlətin bir siyasətidir, onların bir-birinə qarşı “məhəbbətidir” ki, bu, bizə aydın deyil. Amma əsas prioritet ondan ibarətdir ki,  bu necə ola bilər ki, Fransanın xarici işlər naziri, BMT-nin beş üzvünün biri olan və Azərbaycan suverenliyini, Azərbaycan sərhədlərini, “Qarabağ Azərbaycandır” – deyə, bütün sənədlərə imza atmış dövlət və onun naziri tamamilə başqa bir siyasət aparır. Yəni bunu, qeyri-profesionallıq və qeyri-peşəkarlıq adlandırmaq olar. Bu məsələnin cavabı yoxdur. Bu gün Qarabağ Azərbayandır! Bu gün bizim suverenliyimiz tam bərpa olunubdur, bu gün bizim sərhədlərimiz bütövdür. Azərbayan tək dövlətdir, böyük dövlətdir və arxasında da onu dəstəkləyən Türkiyə var. Onu sevən Avropa ölkələri var. Bu gün  heç bir təhdid, heç bir başqa bir fikirlə, nə fransa, nə də digər Azərbaycanı sevməyən ölkələr Azərbaycana heç bir şey edə bilməyəcəklər və öz çirkin əməllərinə də nail ola bilməzlər”, - deyə millət vəkili vurğulayıb.

Elnur Allahverdiyevin sözlərinə görə, sərhəd-buraxılış məntəqəsindən keçidin sabit qaydada təmin olunması göstərdi ki, Ermənistan rəsmlərinin, Ermənistan havadarlarının “etnik təmizləmə” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları çirkin məqsəd daşıyan növbəti  yalan təbliğat kampaniyasından başqa bir şey deyil.  

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər