Səfir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı nizamlanma prosesi gündəmdə olan məsələdir. "Çox aktual məsələlər var, danışıqlarda irəliləyiş lazımdır", - deyə F.İsgəndərov bildirib.
Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistanın vurduğu ziyandan danışaraq, səfir qeyd edib ki, hazırda məhkəmə iddiasının qaldırılması hazırlanır:
"Ermənistana qarşı təzminatların ödənilməsi tələbi ilə cinayət işi açıla bilər". ("Trend")