19.10.2024, 16:26
AZ EN
28.11.2022, 14:00 388

Təbrizli hüquq müdafiəçisi: "Qarabağdakı dağıntılar adamın ürəyini yandırır"

XƏBƏRLƏR
  • “Atam Qarabağ şikəstəsini dinləyəndə həmişə ağlayırdı. Uşaqlıqdan bunu görürdük, şahidi olurduq, amma tam başa düşmürdük. Bu gün, nəhayət, bu görüntüləri görəndən sonra atamın niyə ağladığını başa düşə bildim”.

Bunu Ağdama səfər edən Fransada yaşayan hüquq müdafiəçisi, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Çələbiani Təbrizli deyib.

O, Qarabağda, işğaldan azad olunan ərazilərdə gördüyü mənzərənin acınacaqlı olmasını diqqətə çatdırıb: “Burada gördüklərim barədə fikirlərimi ifadə eləməklə çətinlik çəkirəm. Dağıdılmış qəbirlər, evlər, yaşayış məskənləri, həqiqətən də, çox acınacaqlı haldır. Camaat gəlib öz yaxınlarının qəbirlərini tapır, dağıdılıb-sökülmüş qəbirlərə yenidən sahib çıxırlar. Ümid edirəm ki, çox qısa zaman içində bu ərazilər bərpa ediləcək, insanlar doğma yurdlarına qayıdacaqlar. Həqiqətən, bu hadisələri yaşamaq, hiss eləmək çox çətindir. Arzu edirəm ki, dünya ictimaiyyəti bu həqiqətləri görsün.

Ərazini gəzdikcə gördüyümüz dağıntılar adamın ürəyini yandırır. Amma yenə də ümid edirəm ki, azad olunan Qarabağ bərpa ediləcək. Məncə, artıq keçən pis günləri yavaş-yavaş unutmaq, gələcək gözəl günləri düşünmək lazımdır”. (APA)

Oxşar xəbərlər