Bu barədə H.Hacıyev özünün "X" hesabında məlumat paylaşıb.
"Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib. (Report)