01.07.2025, 08:46
AZ EN
14.12.2022, 09:06 409

Laçın yolunda keçirilən etiraz aksiyası davam edir

XƏBƏRLƏR
  • Laçın yolunda aksiya 3-cü gündür davam edir.

Etirazçıların sayı getdikcə artır. Bakıdan daha bir qrup QHT nümayəndəsi Şuşaya gələrək etiraz aksiyasına qoşulub. Aksiya iştirakçıları rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, ermənilərin törətdiyi ekoloji terrora son qoyulmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları dövlət himnini səsləndirib, daha sonra milli musiqin sədası altında şüarlarını deyiblər.

Eko-fəallar aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirmək niyyətindədir.

Sevda Süleymanova

Oxşar xəbərlər