20.11.2025, 05:06
AZ EN
17.11.2025, 09:31 209

Zəngəzur dəhlizi: Çin və Mərkəzi Asiyanın Avropa çıxış yolu

XƏBƏRLƏR
  • Azərbaycan-Türkiyə İttifaqının regional tranzit və logistika mərkəzinə çevrilən Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi görünür.

"Vətən səsi" xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında bildirib. O, qeyd edib ki, Zəngəzur dəhlizi artıq sadəcə, Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil, bu geoiqtisadi layihə Avrasiyanın böyük oyunçularını bir araya gətirən yeni “geopolitik düyünə” çevrilməyə başlayıb: "Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq. Strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür".

Qırğızıstan prezidenti əlavə edib ki, Zəngəzur dəhlizi açılandan sonra Cənubi Qafqazın geopolitik xəritəsinin indikindən ciddi şəkildə fərqlənəcək. Onun sözlərinə görə, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsi yalnız iqtisadi fürsət deyil, həm də Çin, Mərkəzi Asiya regionunun Cənubi Qafqaz üzərindən strateji əməkdaşlığının təməl prioritetlərindən biri hesab olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər