Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış kompleksində keçirilən qəbulda rayon sakinləri, idarə və təşkilat rəhbərləri, eləcə də İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı qəbulda çıxış edərək Prezident İlham Əliyevin xarici səfərlərinin və Antalya Diplomatiya Forumundakı iştirakının Azərbaycanın milli təhlükəsizlik maraqlarına və beynəlxalq nüfuzuna xidmət etdiyini bildirib. Qeyd edilib ki, Qarabağda həyata keçirilən "Böyük Qayıdış" proqramı uğurlu icra olunur.
Daha sonra qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülüb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.