Bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra "X" sosial şəbəkəsində yazıb.
"Kopenhagendə "Avropa Siyasi Birliyi"nin növbəti sammitinə ev sahibliyi edəcək Ermənistanın Baş naziri Nikol Paşinyanla əla görüşüm oldu. Mən Ermənistanla Azərbaycan arasında davamlı sülhə real ümid verən sazişi, eləcə də Ermənistanın Avropa ilə əlaqələri gücləndirməyə və demokratiya, sabitlik və rifah kimi ortaq dəyərlərimizi təşviq etməyə sadiqliyini alqışladım", - o bildirib. (Report)