Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
75 kiloqramda mübarizə aparan boksçu Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala yiyələnib. (Trend)