Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.
O, bildirib ki, Paşinyanın fikrincə, hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək ölkəni tərk edənlər maksimum 20 faiz təşkil edib, qalanları, yəni 80 faiz təhlükəsizlik səbəbindən yaşayış yerini dəyişib. Belə olan halda məntiqi sual yaranır: ermənilər Ermənistanı Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərinə görə tərk ediblərsə, niyə eyni zamanda Azərbaycan torpaqlarının işğalı siyasətini dəstəkləyiblər? Axı onlar heç yerdə deməyiblər ki, “işğala son qoymasaq Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmayacaq”. Əksinə getdikləri ölkədə erməni diasporuna qoşularaq Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndirib, etirazlara qatılıblar. Bəlkə də Paşinyanın söylədiyi kimi, Ermənistan tərk edənlər təhlükəsiz həyat üçün başqa ölkələri seçiblər, ancaq bu onların Azərbaycan və Türkiyə ilə sülhə və əməkdaşlığa üstünlük verdikləri anlamına gəlmir.
Tahirə AĞAMİRZƏ