Mətbuatları da özləri kimi bəşəri duyğulardan mərhum olan hayların real fakta deyil, uydurduqları yalanlara əsaslanan hansısa fəaliyyət növü yaratmaları da artıq, belə demək olarsa, sertifikatlaşdırılıb. Bunu fevralın 2-də yayılmış müxtəlif mövzulu yazılar da təsdiqləyir. Azərbaycana və onun etibarlı tərəfdaşlarına ünvanlanmış ittihamlar qarşısında nə vaxtsa boynu bükülü cavab verəcəyini hələ də dərk etməyən bu kölə tayfanın İrana endirilən aviazərbələrin guya İsrail tərəfindən, özü də Azərbaycan ərazisindən endirildiyini israrla təkrarlaması və bunun müqabilində İrandan nəsə qopartmaq cəhdi isə özlərinin iranşünası tərəfindən açıqlanmışdır.
Qarabağdakı separatçı rejimin yaratdığı ekoloji cinayətlərinin qarşısını almaq məqsədilə Azərbaycan ekofəallarının keçirdiyi dinc aksiyadan da divident əldə etmək üçün dəridən-qabıqdan çıxan hayların məhz onların tərəfdarları olan sülhməramlı qüvvələrin ünvanına müxtəlif qarayaxmalar söyləmələri də getdikcə artmaqdadır. "Hraparak" qəzeti yazır ki, bəzi sülhməramlılar Qarabağdakı haylara Ermənistandakı qohumlarının göndərdikləri ərzaq və digər şeylər üçün həcmindən, çəkisində asılı olaraq pul alırlar. Müəllif əlavə edir ki, ödəniş əsasən dramla aparılır. Amma dollar və rubl da işlədilir. "Bəzi hərbçilər aldıqları pullardan hətta Rusiyadakı yaxınlarına da göndərirlər" - deyən müəllif daha sonra əlavə edir ki, sülhməramlılar Qarabağdakı hayların faciəsi üzərində varlanırlar.
N.Qaramanlı