01.08.2025, 17:57
AZ EN
03.06.2024, 16:46 415

Azərbaycanın COP29-a ev sahibliyi etməsi xüsusi rəğbətlə qarşılanır

YAZILAR
  • COP29-da iştirak edəcək liderlərin sayı durmadan artır. Müstəqillik günü münasibətilə ölkə başçısına təbrik məktublarında bir sıra liderlər bu möhtəbər tədbirdə iştiraklarını təsdiq etdilər. Xüsusən də Azərbaycanın COP29-a ev sahibliyi etməsi xüsusi rəğbətlə qarşılanır.

Politoloq İlyas Hüseynov bununla bağlı açıqlamasında dyib ki, mənə elə gəlir ki, burada ekologiya ilə yanaşı siyasi təhlükəsizlik, iqtisadi, ticari, enerji, nəqliyyat məsələləri də müzakirə olunacaq: “Məhz COP29 tədbiri çərçivəsində Azərbaycan gündəliyi müəyyənləşdiriləcək. Məsələn, panellərdən birinin ekologiya mina təhdidinin olmasına da təsir edən bir panel olacaq. Bu da Azərbaycanın təşəbbüsüdür”.

İ.Hüseynov daha sonra əlavə edib ki, biz çalışırıq ki, Dubayda əldə olunan nəticələri bir qədər də inkişaf etdirək. Bu tədbirin keçirilməsi beynəlxalq ekoloji trazlığa, ekoloji balansın qorunmasına müəyyən nəticələri olsun: “Beyin qədər qlobal təhlükəsizliyə də töhfə verək.  Çalışaq ki, belə bir ideya təlqin olunsun ki, bizim  bir planetimiz var. Bu planetin qayğısına qalmaq əsas ehtiyacdır. Fonfrantasiyaları, ziddiyyətləri, eskolasiyaları, müharibələri təşviq etmək əvəzinə,  gəlin, vahid planetimiz haqqında düşünək. Onun sağlamlığı, təbiətin qorunması və gələcək nəsillərə daha sağlam bir mühitin formalaşması əsas ideya olsun”,- deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər