Bildirib ki, formal qaydada keçən həmin tədbirdə məqsəd heç də dini azadlığa verilən dəstək deyil. Baş nazir keçirdiyi hər bir görüşdə Ermənistanın indiki durumundan danışaraq həm maddi, həm də hərbi dəstək almağa çalışır. Ona verilən vədlərin yerinə yetirilib yetirilməyəcəyini heç kəs dəqiq deyə bilməz deyə politoloq əlavə edib ki, nə Paşinyan özü, nə də onunla səfərdə olanlar din daşıyıcıları deyil. Komanda yoldaşı Arsen Toristan isə demək olar ki, ateistdir. Səfərdə heç bir din xadiminin iştirak etmədiyinə diqqət edən S.Sarkisyan vurğulayıb ki, Paşinyanı dini azadlıq deyil, vəzifəsinin icrasına başlamış Donald Trampın xarici siyasətdə hansı xətti əsas tutmasıdır. Dünyanın demək olar ki, hər bölgəsində, daha çox isə Yaxın Şərqdə və MDB məkanında öz maraqlarını həyata çevirməkdə israrlı olan ABŞ prezidentinin Ermənistana münasibətinin nəticəsində Rusiyanın hayları mütləq cəzalandıracağını proqnozlaşdıran S.Sarkisyan Paşinyanın Ermənistanı xoşbəxt gələcəyə deyil, təhlükəyə apardığını xüsusi vurğulayaraq hakimiyyətin öz siyasətini reallığa uyğun qurmasını təklif edib.
Nəsib Qaramanlı