29.03.2024, 05:37
AZ EN
28.03.2023, 11:03 226

Annanın korrupsiya sxemi

YAZILAR
  • Vaxtanq Siradeğyanın "Hraparak"da yayılmış "Korrupsiya sxemi" məqaləsində "Mənim addımım" fondunda baş alıb gedən korrupsiya faktlarından bəhs olunur. Qeyd edilir ki, xüsusilə Azərbaycanla münasibətlərin indiki gərgin dövründə baş nazirin həyat yoldaşı və komandası müxtəlif üsullarla fonda ianə edilmiş pulları mənimsəyirlər. Müəllif həmin qanunsuzluqların məhz "boz sxem" deyilən üsullarla həyata keçirildiyini vurğulayır.

Bildirilir ki, sözügedən sxem gəlirlərin və xərclərin uçotunun aparılması üçün əlverişlidir və haraya nə qədər vəsait ayrıldığını ayırd etmək asandır.

Bu üsuldan Fransa və İranda geniş istifadə edildiyini bildirən müəllif daha sonra əlavə edib ki, bu sxem müxtəlif fondlarda müxtəlif üsullardan istifadə edilməklə gerçəkləşdirilir. Annaya qarşı korrupsiya ittihamlar sübut olunarsa onun hansı cəza ilə nəticələnəcəyi, əlbəttə, indi gündəmdə olmasa da bir həqiqət təkzibedilməzdir ki, hay, fars və frəng fırıldağı təkcə siyasətdə deyil, həyatın bütün sahələrində davam etməkdədir.

Nəsib

Oxşar xəbərlər