17.06.2025, 03:20
AZ EN
17.10.2023, 17:31 290

Elxan Şahinoğlu: "Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır"

YAZILAR

Elxan Şahinoğlu yazır:

Nikol Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirərkən belə bir cümlə işlədib: “Ermənistan öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır”. Yəni Paşinyan demək istəyib ki, Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanılması sadələşdirilmiş formada həyata keçiriləcək. Hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Çünki Zəngəzur dəhlizinin açılmasının uzanması halında Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçəcək və bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR