20.04.2025, 06:21
AZ EN
05.06.2023, 13:16 298

Paşinyan yenə söyüldü

YAZILAR

"Hraparak" yazır ki, Baş nazir Nikol Paşinyanın Türkiyədən qayıtdıqdan sonra ailəsi ilə birlikdə Karen Demirçyan adına idman-konsert kompleksində Leonid Aqutin və Anjelika Varumun konsertinə getməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Qeyd olunur ki, o konsertdə kepka ilə oturub, təhlükəsizlik əməkdaşlarına isə ondan xeyli aralıda durmağı tapşırıb. Adamlar ona sarı baxanda ayağa qalxaraq əl çalıb və hamı onun hərəkətini təkrarlayıb. Agentlik əlavə edib ki, o, özünü elə göstərib ki, guya baş nazir deyil, 15 il əvvəlki jurnalistdir. Konsertin sonuna kimi orada olan Nikol və ailəsi qəflətən durublar.

Hər iki müğənni baş nazirin ailəliklə iştirakına görə təşəkkür ediblər.

Müxalifət isə narazılıq edib ki, konsertdə hamını müğənnilərə əl çalmağa deyil, yeni müharibəyə ruhlandırmaq lazım idi.

Erməni ki, erməni!

Nəsib

Oxşar xəbərlər