O əlavə edib ki, 1991-ci ildə hakimiyyəti qamarlayan erməni milli hərakatı və "Qarabağ" separatçı komitəsi ölkədə yaxşı nə vardısa məhv etməyə başladı. Sənaye obyektləri müxtəlif bəhanələrlə dağıdıldı. Ən böyük zərbə isə insanların psixologiyasına, mənəvi düşüncəsinə vuruldu. Onlara yeni yalanlar təlqin olundu. Əhalinin mütləq əksəriyyəti düşündü ki, əgər Qarabağa gedə bilirsə, deməli hər şey erməni dünyasının önündə acizdir. Belə düşüncə ilə uzağa getməyin mümkünsüzlüyünü vurğulayan hüquq müdafiəçisi daha sonra əlavə edib ki, xalq maddi və mənəvi yoxsulluğa yuvarlandıqca erməni liderlərinin düşüncəsi yenə dəyişdi və onlar yaşadıqları mülkləri yalnız yeni maliyyə qaynağı, bir sözlə mədələri barədə düşündülər. Pafoslu sözlərlə mənəvi dəyərlərdən danışmaq isə adi hala dördü. Xarici səfərlərdə erməniləri qəhrəman kimi etmək istəsələr alınmadı. Ona görə ki, üzə deyilməsə də əsil həqiqət, nəyin necə baş verdiyi hamıya məlum idi. Lovğalıqla deyilən "arsax" sözü isə çox yerdə daxili ironiyaya səbəb olurdu.
Ermənistanın 44 günlük müharibədən sonra miskin durumda olmasına da fikir bildirən A.İşxanyan deyib ki, artıq hay liderlər lovğalana bilmirlər, əksinə hara gedirlərsə düşmənlərimizdən (Azərbaycan nəzərdə tutulur- N.Q.) danışırlar. Vaxtilə İran və Rusiyanın ən güvənilən dost hesab olunduğunu xatırladan A.İşxanyan indi onların da, necə deyərlər, öz başlarının hayında olduqlarını vurğulayıb və dünyanın yeni siyasi xəritəsində hayastan adlı dövlətin olmayacağına kədərləndiyini bildirib.
Təki belə olsun!
Nəsib Qaramanlı