16.10.2025, 19:36
AZ EN
16.10.2025, 16:55 228

Ermənistan konstitusiya məsələsində geri çəkilir

XƏBƏRLƏR
  • "Kreml İrəvana konstitusiya dəyişikliyi məsələsinin Tramp layihəsinə uyğun şəkildə həllinə icazə verməyib".

"Vətən səsi" xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Xarici işlər naziri  Ararat Mirzoyanın İrəvanın konstitusiya dəyişikliyi ilə bağlı öhdəlik götürmədiyi barədə bəyanatını şərh edərkən deyib. Keçmiş diplomat bildirib ki, Paşinyanın BMT Baş Assambleyasının toplantısından əvvəl Moskvaya səfər etməsi və bundan həm özünün, həm də digər Ermənistan rəsmilərinin Azərbaycana qarşı  tənqidi çıxışları, ziddiyyətli bəyanatları nəzərdən qaçmamalıdır: "Məncə, Rusiya İrəvana məsələnin Trampın iştirakı ilə razılaşdırılmış qaydaya uyğun olaraq həll edilməsinə icazə verməyib. Ona görə də Ermənistan rəsmiləri mövzunu ləngitmək istəyir. Əsas məqsəd də odur ki, Azərbaycanı günahkar sayaraq sülh prosesinə əngəl yaradılması yolunda ittihamlarını davam etdirsinlər. Bu, bir cəhddir və İrəvanın ziddiyyətli bəyanatlarını ayrı-ayrılıqda şərh etməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elinoy Valtonenlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü tələblərə münasibət bildirib. O, konstitusiya məsələsinə toxunarkən deyib ki, əvvəllər olduğu kimi, belə bir məsələnin müzakirə üçün gündəmdə olmadığını deyib. Erməni nazir vurğulayıb ki, konstitusiya dəyişikliyi və ya yenisinin qəbul edilməsi sırf daxili siyasi məsələdir və buna Ermənistan xalqı qərar verir: "Mən təəccüblənirəm ki, bu qədər təminatdan sonra bu məsələ hələ də qaldırılır. Ermənistan Respublikası heç vaxt belə öhdəlik götürməyib. Bu, daxili məsələdir. Bəli, Azərbaycan bunu davam etdirir və şərt kimi göstərir. Biz bu əlaqəni qəbul etmirik".

Elxan SALAHOV

 

 

Oxşar xəbərlər