1988-ci il fevralın 28-də ermənilər Paşa ləqəbli Edvard Qriqoryanın başçılığı altında azərbaycanlıların adı ilə öz millətlərinə qarşı qətliamlar törətdilər. Məhz bu qırğın tarixə Sumqayıt cinayətkarlığı kimi daxil oldu. Aparılan istintaq məlumatlarına əsasən, Sumqayıtda ermənilər tərəfindənn həyata keçirilən qətliamlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər həlak oldu. Həlak olanlar arasında 26 nəfər erməni var idi. 400 nəfərdən çox insan müxtəlif xəsarətlərə məruz qaldılar. 200-dən çox mənzil ermənilər tərəfindən talan edildi. Hətta həmin hadisədən sonra aparılan hesabatlara əsasən dövlətə 7 milyon rubl dəyərində ziyan dəymişdi. Bəs sual olunsa ki, erməniləri Sumqayıt fitnəkarlığını törətməyə nə vadar etdi? Bu fitnəkarlığın arxasında gizlənən əsas məqsəd bunlar idi: azərbaycanlıları Ermənistandan tamamilə çıxarmaq, həmin torpaqları mənimsəmək və azərbaycanlılara qarşı dünya ictimaiyyətində mənfi-siyasi düşüncələr yaratmaq.
Hətta Sumqayıt hadisələri mərkəzi hökumət tərəfindən düzgün qiymətləndirilmədi və lazımi araşdırılmağa ehtiyac belə duymadılar. Beləliklə, mərkəzi hökumətin laqeyd münasibəti nəticəsində azərbaycanlılara qarşı siyasi müharibələrin və ədalətsizliklərin təməli qoyuldu.
Amma 2020-ci il sentyabrın 27-də növbəti dəfə erməni təxribatının qarşısını almaq məqsədilə 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandıq!” şüarı ilə Müzəffər Ali Baş Komandanb İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu qələbə çalaraq tarixi əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdi.
Hazırladı: Tahirə AĞAMİRZƏ