10.10.2025, 21:50
AZ EN
10.10.2025, 16:51 104

Böyük Britaniyalı nümayəndə: Günahsız insanların həyatlarını itirdiyi faciələr təkrarlanmamalıdır

XƏBƏRLƏR
  • Günahsız insanların həyatlarını itirdiyi faciələr təkrarlanmamalıdır.

Bunu Ağdərəyə səfər edən Böyük Britaniya parlamentinin sabiq deputatı, ölkə xarici işlər nazirinin parlament müavini Rəhman Çişti jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qanlı müharibənin baş verdiyi bu ərazilərdə çox sayda günahsız insan həyatını itirib:

"Bu, dəhşətli haldır. Çox istərdim ki, digərləri də bu faciələrin izləri ilə tanış olsunlar və belə hadisələrin təkrarlanmaması üçün əllərindən gələni etsinlər".

Qeyd edək ki, Bakıda təşkil olunan itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Ağdərə rayonuna səfər ediblər.(Report)

Oxşar xəbərlər