Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, bu formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Armen Qriqoryan sülh prosesinin gedişatını təqdim edib, regional əlaqələrin açılmasından yarana biləcək iqtisadi imkanlara və Ermənistan-Azərbaycan münasibətlərinin mövcud dinamikasına toxunub.
Görüşün ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb. (APA)