"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib. O, keçmiş prezident Robert Köçəryanın kilsədən siyasi alət kimi istifadə etdiyini bildirib: “1998-ci ildə, Robert Köçəryanın prezidentliyinin ilk aylarında erməni kilsəsinin Armavir yeparxiyasının primatı yepiskop Asoqik Aristakesyan 1 milyon dollara yaxın vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilmişdi. Sizcə, o zaman arxiyepiskop Qaregin Nersisyan adı ilə fəaliyyət göstərən Ktriç Nersisyan (II Qaregin) buna necə reaksiya verdi? Köçəryanı kilsəyə qarşı kampaniyada, xristianlıq əleyhinə ittihamlar uydurmaqda və başqa müxtəlif antimilli günahlarda ittiham etməli idi, elə deyilmi? Amma eləmədi, əksinə, dolayı yolla Köçəryana haqq qazandırdı. Bəs, sonra nə baş verdi? 1999-cu ildə subay olmayan Nersisyan katolikos seçildi. 2001-ci ildə arxiyepiskop Asoqik məhkəmənin qərarı ilə bəraət aldı. 2008-ci ildə arxiyepiskop Asoqik “öz ərizəsi əsasında” vəzifəsindən uzaqlaşdırıldı".
II Qareginin Ermənistanda Köçəryanın adamı kimi tanındığını və onun sifarişlərini yerinə yetirdiyini deyən Ruben Rubinyan keşişin karonavirus pandemiyası zamanı da keçmiş prezidentin "qayğısına" qaldığını xatıraldıb: "2020-ci ildə Ktriç Nersisyan COVID-19 pandemiyasına görə Robert Köçəryanı azad etməyə çağırdı. Yəni, COVID Ermənistandakı bütün məhbuslar arasında yalnız Köçəryana “təhlükə” yaradıb”.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistan Apostol Kilsəsi hüquq-mühafizə orqanları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanıldığını açıqlamışdı. Din adamlarına qarşı açılan cinayət işi mitinqlərdə iştirak etməyə məcburetmə ittihamı ilə bağlıdır. Saxlanılanlardan 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Ermənistan müxalifəti keşişlərin həbsi ilə bağlı baş verənləri “siyasi sifariş” adlandırıb. Robert Köçəryan və ona yaxınlğı ilə tanınan siyasətçilər də din xadimlərinin saxlanılmasına görə Baş nazir Nikol Paşinyanı tənqid edib.
Elxan SALAHOV