Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günündə bildirib.
Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycan regionda hidroenergetikaya üstünlük verməklə təmiz enerji mənbələrini fəal şəkildə inkişaf etdirir.
"Zəngilan çoxsaylı çayları ilə tanınır və biz onlardan səmərəli istifadə etmək üçün maksimum səy göstəririk. Biz ümumi gücü 42 meqavat olan dörd su elektrik stansiyası tikmişik ki, bu da bütöv bir şəhəri enerji ilə təmin etməyə imkan verir. Bu istiqamətdə işlər davam etdiriləcək", - V.Hacıyev vurğulayıb.(Report)