Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.