Məlumata görə, KŞM-dən kəşfiyyat və atəşə nəzarət məqsədilə istifadə edilib:
“Məhv edilmiş texnikadan Ermənistanın ordumuza qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib”.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.
Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib. ("Report")