14.03.2026, 03:46
AZ EN
14.03.2026, 01:30 112

Qərbi Azərbaycan Xronikası: "Ermənilər Çimənə qarşı həmişə nifrət, kin bəsləyiblər"

XƏBƏRLƏR
  • "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ermənilər Çimənə qarşı həmişə nifrət, kin bəsləyiblər" adlı veriliş əslən Qərbi Azərbaycandan olan Dürdanə Hümbətovanın həyat hekayəsinə həsr olunub.

O, 1978-ci ildə anadan olduğunu, ata-ana nəslinin 1948-ci ildə mənfur ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar mahalının, Vedi rayonunun Çimən kəndindən olduğunu deyib:

"Kənd camaatı deportasiya nəticəsində Beyləqan rayonuna gətirilib. Dağ kəndindən gələn insanlar aran ərazisində yaşam çətinliyi, iqlim şəraitinə görə Qazax və Ağstafa ərazisində məskunlaşıblar. Atam, anam, nənələrim, babalarım, nənələrimin qardaşları, bacıları o yerin adəti, ənənəsi, təbiəti, gözəlliyi haqqında çox danışırdılar. Onların gözləri vətən, el-oba həsrətindən dolurdu. Çiməndə 10 tayfa yaşayıb, Şərəflilər, Kərbalayi İsmayıl, Mərəndlilər, Tatlar, Oruclular, Keşkazdılar, Soyxan uşağı, Səbzəli uşağı, Vəli uşağı, Molla uşağı, Məngöklülər kimi məhəllələr olub. Xaç yurd, Qoturbulağı yurd, Daşqaya yurd, Quzey ağıl, Yarım ağıl, Kotuz ağıl, Mustafaz ağası ağıl, Aralıq ağıl, Düyüdaş ağıl, Ağdaş körpüsü kimi yerlər olub. Bu adlar sübut edir ki, bu ərazilər tarixən Azərbaycan ərazisi olub".

Onun sözlərinə görə, nənəsi erməni vəhşiliyindən danışanda ağlayırdı:

"XX əsrin əvvəlində kəndə ermənilər hücum edəndə əhalini qırıblar. Sadəcə qardaş-bacı olan iki uşaq ağacın içində gizlənib. Onların gözü qarşısında bütün kənd əhalisini vəhşicəsinə qırıb, insanların belinə somavar bağlayıblar. Ermənilər camaata hər cür əzab, əziyyət, işgəncə verib, pislik ediblər. Biz hamının "Axırıncı aşırım" filmindən yaxşı tanıdığı tarixi şəxsiyyət Kərbalayi İsmayılın nəslindənik. Onun qardaşı evini mühasirəyə alan ermənilərə qarşı vuruşub və oğlu həlak olub. Mühasirə uzun çəkdiyindən ata oğlunu evinin içərisində dəfn edib. Sonra tək qalan qızını qardaşına verib, kəndi tərk edib". (Report)

Oxşar xəbərlər