21.11.2024, 17:51
AZ EN
23.11.2023, 09:51 300

İşğaldan azad olunan ərazilərdə alternativ enerji stansiyaları yaradılacaq

XƏBƏRLƏR
  • 2030-cu ilədək Azərbaycanda istehsal olunan yaşıl enerjinin həcminin 30 faizədək artırılması planlaşdırılır. Bu barədə Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün  BMT-nin xüsusi proqramının həftəsi çərçivəsində  davamlı və neyteral karbonlu erenji sistemləri üçün SPECA bölgəsində yaşıl enerji bağlantısı mövzusunda keçirilən İqtisadi Forumda məlumat verilib.  2027-ci ilin sonunadək yaşıl enerjinin 1870 meqavat həcmində ölkənin enerji sisteminə inteqrasiyası nəzərdə tutulur.

Azərbaycanda 2030-cu ilədək 7 geqavat həcmində bərpa olunan enerji üzrə layihələr reallaşdırılacaq. Əldə olunan enerjinin 2 geqavatı daxili istehlak, 4 geqavatı Xəzər Dənizindən Avropa İttifaqına və 1 geqavat həcmində isə Türkiyə vasitəsilə  Avropaya ötürülməsi nəzərdə tutulub.  Bu barədə SPECA İqtisadi Forumda məlumat verilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev məsələ ilə bağlı İTV-yə açıqlamasında bildirib ki, Azərbaycanda bərpa olunan enerjinin texniki potensialı quruda 135 geqavat, Xəzər Dənizinin Azərbaycana mənsub olan hissəsində isə 157 geqavat həcmində qiymətləndirilmişdir və bu, quruda bərpa olunan enerji potensialımızın istifadəsi üçün iqtisadi baxımdan səmərəli olan potensial 27 geqavatdır.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yeni layihələr həyata keçiriləcək. Bunların arasında Günəş Elektrik Stansiyaları, “ağıllı avtomobil parkları” olacaq. Gələn il Qarabağda artıq Şəfəq Günəş Elektrik Stansiyasının təməli də qoyulacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər