22.11.2024, 00:03
AZ EN
28.06.2024, 12:13 298

Bu il Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə köç planlaşdırılır

XƏBƏRLƏR
  • Bu il Cəbrayıl şəhərinin mərkəzinə və rayonun bir neçə kəndinə köç planlaşdırılır.

Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Zəngilan və Qubadlı rayonlarında yeni yaşayış məskənlərinin tikintisi davam edir və bu ərazilərə də köç nəzərdə tutulur. Hər hansı yaşayış məskəninə köç olduqca, bu ərazilərdə yeni sahibkarlıq imkanları da yaranır", - deyə V.Hacıyev qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər