Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda bildirib.
Məhz bu amil, həmin ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çox istiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir.
"Cənab Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. Bu istiqamətdə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib. 18-ci DİM 5 hədəf və 15 göstəricidən ibarətdir. Bu hədəflər, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, bu istiqamətdə xərclərin artırılması, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə və iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir" - nazir müavini əlavə edib. (APA)