19.04.2025, 09:31
AZ EN
17.04.2025, 14:02 214

Azad edilmiş ərazilərdə qaz təchizatı infrastrukturunun qurulmasının icra vəziyyəti açıqlanıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının işğaIdan azad ediImiş ərazilərində SOCAR tərəfindən qaz nəqli sisteminin mərhələli şəkiIdə yenidən qurulması üçün əsasən 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulur.

Bu barədə Energetika Nazirliyi xəbər verir.

Məlumata görə, birinci istiqamət - Laçın istiqaməti üzrə - “Horadiz-Laçın” qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla “Cəbrayıl QPS”, “Zəngilan QPS”, “Mincivan QPS”, “Qubadlı QPS” və “Laçın QPS” qaz kəməri qollarının tikintisidir. Horadiz-Laçınarası magistral qaz kəmərinin (əsas kəmər “Laçın QPS” qol qaz kəməri ilə) tikintisi başa çatdırılıb və xətti hissə istismara təhvil verilib.

Cəbrayıl, Zəngilan, Mincivan, Qubadlı, Laçın qaz paylayıcı stansiyalarının qol qaz kəmərlərinin tikintisi başa çatdırılıb. Laçın QPS, Cəbrayıl QPS, Mincivan QPS və Zəngilan QPS-də tikinti işləri başlanılıb, Qubadlı QPS-in tikintisinə başlanılması üçün hazırlıq işləri aparılır.

İkinci istiqamət - Şuşa istiqaməti üzrə - “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Ağoğlan” qaz paylayıcı stansiyaların tikintisidir. “Böyük Bəhmənli-Şuşa” istiqaməti üzrə magistral qaz kəmərinin (əsas kəmər “Şuşa QPS” qol qaz kəməri ilə) tikintisi başa çatdırılıb və xətti hissə istismara verilib.

“Füzuli” qol qaz kəmərinin tikintisi başa çatdırılıb. Füzuli şəhəri qazla təmin olunub. “Ağoğlan” qol qaz kəmərinin tikintisi başa çatdırılmış və mövcud sistemə qoşulub. Füzuli, Şuşa və Ağoğlan (Hadrut) QPS-lərin tikintisinə başlanılıb.

Üçüncü istiqamət - Ağdam istiqaməti üzrə - “Azadqaraqoyunlu-Ağdam” qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla “Ağdam QPS” qaz kəməri qolunun tikintisidir. “Azadqaraqoyunlu-Ağdam” istiqaməti üzrə magistral qaz kəmərinin tikintisi başa çatdırılıb və xətti hissə istismara təhvil verilib. Ağdam QPS-in tikintisinə başlanılıb.

Dördüncü istiqamət - Kəlbəcər istiqaməti üzrə - “Ağdam-Kəlbəcər” qaz kəmərinin və üzərində QPS quraşdırmaqla “Kəlbəcər QPS” qaz kəməri qolunun tikintisidir. “Ağdam-Kəlbəcər” istiqaməti üzrə magistral qaz kəmərinin tikintisi başa çatdırılıb.

“Ağdam-Əsgəran” istiqaməti üzrə magistral qaz kəmərinin çəkilişi başa çatdırılıb. Kəlbəcər QPS-in tikintisinə başlanılıb. Üzərində QTM quraşdırılmaqla “Kəlbəcər-İstisu" qaz kəmərinin çəkilişi başa çatdırılıb. “İstisu” QTM-in tikintisinə başlanılıb. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR