19.04.2025, 08:18
AZ EN
16.04.2025, 18:09 223

Xudayar Həsənli: “Zəngəzur dəhlizi daha çox bazarlara çıxış imkanı yaradacaq”

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizi daha çox bazarlara çıxış imkanı yaradacaq.

Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

"Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə vasitəsilə Aralıq dənizinə çıxış imkanımız yaranır. Məlum olduğu kimi, Türkiyənin ən böyük dəniz limanları Mersin və İstanbulda yerləşir. Aralıq dənizinə çıxış ilə isə Şimali Afrika və Cənubi Avropaya ən yaxşı marşrutlar yaranacaq", - o qeyd edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə Mərkəzi Asiyadan bir çox məhsullar Azərbaycan vasitəsilə tədarük olunacaq: "Məsələn, Mərkəzi Asiya ölkələrində 8 milyon ton gübrə məhsulu ixrac olunur. Zəngəzur dəhlizinin açılacağı təqdirdə bunun böyük hissəsi Azərbaycan vasitəsilə ixrac olunacaq". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR