18.06.2025, 00:02
AZ EN
19.07.2023, 12:33 283

Ermənistan öz bəd niyyətlərini həyata keçirmək üçün azyaşlı və yeniyetmə uşaqlardan istifadə edir

YAZILAR
  • Görüntülərdəki erməni uşaqlarıdı. Kimisi azyaşlıdı, kimisi yeniyetmə. Görünən odur ki, Ermənistan hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, onları bu ruhda tərbiyə edir. Bu isə erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük,  aqressiv tərbiyə olunmasının bir daha sübutudur.

Elçin Mirzəbəyli məsələ ilə bağlı fikbirin belə izzah edir: “Erməni Qriqoryan kilsəsi” və “Daşnaksütyun” kimi ultura millətçi təşkilatlar uşaqları, yeniyetmələri hərbi təlimlərə cəlb edərək, eyni zamanda döyüş əməliyyatlarına cəlb edərək öz bəd niyyətlərini həyata keçirməyə çalışırlar. Yəni, bu, ermənilərin klassik, ənənəvi ssenariləridir, bu ssenarilər hər zaman qabarıq şəkildə nəzərə çarpır”.

Ermənilər uşaqlardan mina terrorunda da istifadə etmək niyətindədirlər. Dünyada ən tanınmış terror təşkilatları az yaşlı erməni uşaqlarını öz aralarına cəlb etmək istiqamətində fəaliyyətləri ara vermir. Onlar özlərinə məxsus sosial şəbəkə hesablarında minaların  necə yerləşdirilməsinin öyrədilməsi ilə bağlı təlimlər üçün erməni uşaqlarını və gənclərini düşərgələrinə qoşulmağa çağırış edirlər.

“Rusların nəzarət etdiyi ərazilərdə birmənalı olaraq beynəlxalq təşkilatların, o cümlədən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, rus sülhməramlılarının gözü qarşısında erməni uşaqları silahlı münaqişələrdə  iştirak etmək üçün təlimlərə cəlb olunurlar və bu təlimləri həyata keçirən Qarabağda bir neçə  təşkilat mövcuddur. Onlardan biri də “Voma”, “Poqa” və “Böyük Tiqran” təşkilatlarıdır”. Bu fikirləri isə hərbi ekspert Ədalər Verdiyev “ARB24”ə açıqlamasında ifadə edib.

Bununla da ermənilər qoşulduğu 1949-cu il Cenevrə Konvensiyası və onun  1977-ci il  əlavə protokolları,  Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ayaqlar altına alır. Çünki bu sənədlər 15 yaşından kiçik uşaqların hərbi təlimlərdə iştirakına, eyni zamanda yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir. Erməni silahlı qruplarının Qarabağ ərzilərində icra edilən qanunsuz  hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar isə həmişə olduğu kimi susur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər